İsrail İranı Fransa dəmir yollarında təxribat törətməkdə ittiham edib
Fransada bir sıra marşrutlarda sürət qatarlarının hərəkətini ciddi şəkildə çətinləşdirən təxribat aktlarının arxasında İranın radikal qüvvələri dayanır.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats sosial şəbəkələrdə məlumat yayıb.
Nazir xatırladıb ki, o, fransalı həmkarı Stefan Sejurneyə iranlıların İsrail nümayəndə heyətinə və Olimpiadanın bütün digər iştirakçılarına qarşı terror hücumları planlaşdırdığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Fransa hökuməti bir sıra xətlərdə sürət qatarlarının hərəkətinə qarşı təxribat törədildiyini bildirib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45