Qanunsuz işləyən “parkovşik” kameranı görüb qaçdı: “Heç kimə hesabat vermirəm!”
Parklanma zonalarının olmasına baxmayaraq, hələ də qanunsuz parklanma yerləri təşkil edilir.
“Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə bu işlə məşğul olanlar və ya həmin xidmətlə bağlı ödəniş tələb edənlər iki min manatadək cərimə olunacaqlar.
Baku TV-nin çəkiliş qrupu qanunsuz parklanma yerlərinin təşkil olunduğu bir neçə ərazidə olub.
Məlum olub ki, qanunsuz parklanma zonalarında “parkovkiş”lər sürücülərdən ödəniş alırlar. Hətta onlardan biri kameranı görən kimi qaçaraq ərazidən uzaqlaşıb.
Digər “parkovşik”ə isə qanunsuz işlə məşğul olduğu xatırladılanda “Xəstə adamam, əl çəkin”, – deyə etiraz edib.
Ətraflı süjetdə:
(055) 436-46-45