Sabiha Gökçen hava limanında bugün uçuşların sayı azaldılacaq

Əlverişsiz hava şəraiti ilə əlaqədar bugün İstanbulda yerləşən Sabiha Gökçen beynəlxalq hava limanında uçuşların sayı azaldılacaq.
Agah.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, saat 15:00-a qədər uçuşların sayı 5 faiz azaldılacaq.
Bütün sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkət vasitəsilə izləmələri tövsiyə olunub.