Panamada çayda 10 miqrantın cəsədi tapılıb
Panamanın cənub-şərqində – Kolumbiya ilə sərhəddə yerləşən Daryen cəngəlliyini keçmək istəyən azı 10 miqrant çayda boğulub.
Agah. Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Panama Milli Sərhəd Xidmətinin açıqlamasında qeyd olunub.
“Alınan məlumata görə, Karreto rayonunun sahilyanı ərazisində suyun təzyiqi altında çayda boğulan 10 miqrantın cəsədi tapılıb”, – qurumdan bildirilib.
Sərhəd Xidmətinin məlumatına əsasən, hökumətin qeyri-qanuni miqrantların axınını daha böyük müdafiəni təmin edən humanitar dəhlizə yönəltmək cəhdlərinə baxmayaraq, transmilli mütəşəkkil cinayətkar şəbəkələr yerli əlaltılarının köməyi ilə qanunsuz keçidlərdən istifadə edərək insanların həyatını ciddi riskə atırlar.
Qeyd olunur ki, miqrantlar üçün xüsusi təchiz olunmuş keçid onları müdafiə və humanitar yardım üçün ixtisaslaşmış patrulların xidmət etdiyi Kanyas Blankas bölgəsinə aparır.
(055) 436-46-45