Avtomobilini avtobus dayanacağında saxlayan sürücülərə 2 bal yazılacaq
Azərbaycan qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması ilə əlaqədar 2 bal tətbiq olunur.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) xəbər verir.
“Piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətininin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir”, – deyə məlumatda qeyd olunub.
(055) 436-46-45