Ağdam Sənaye Parkının rezidentlərinin sayı 27-ə çatıb

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 27-ə çatıb
Dostuna göndər xəbərdən agah olsun:

“Qarabağ Aqro 44” MMC İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının yeni rezidenti olub.

 

Müəssisədə sucuq istehsalı həyata keçiriləcək.

 

İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.

 

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.

 

Bu günədək Ağdam Sənaye Parkı üzrə 27 layihənin rezidentliyi təsdiqlənib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45