ARDNF-in Türkiyə Mərkəzi Bankındakı depozitləri manat ifadəsində artıb
Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) müddətli depozit qoyuluşu 1 milyard 901,385 milyon manat təşkil edib.
Bu barədə Fondun audit hesabatına xəbər verir.
Sənədə əsasən, bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 4,5 % çoxdur.
Müddətli depozitlər Neft Fondunun qısamüddətli aktivlərinin 2,04 %-ni təşkil edib.
Hesabata əsasən, 2023-cü ilin sonuna müddətli depozitlərin əsas hissəsini Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş 1 milyard 893 milyon 143 min manat (il ərzində 4,4 % artıb) məbləğində depozit təşkil edir. Bu depozit üzrə 16 milyon 543 min manat (+7,14 dəfə) məbləğində faiz hesablanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45