Şəhid qardaşı: O, könüllü getdiyi müharibədən 31 il sonra qayıtdı

Şəhid qardaşı: O, könüllü getdiyi müharibədən 31 il sonra qayıtdı
Dostuna göndər xəbərdən agah olsun:

Qardaşım Ağdam, Beyləqan, Füzuli və başqa ərazilərdə illərlə axtarsaq da, tapa bilmirdik.

 

“Report”un Qərb bürosunun məlumatına görə, bunu iyulun 18-də Gəncə Şəhidlər xiyabanında dəfn edilən Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasovun qardaşı Nizaməddin Abbasov deyib.

 

O, qardaşının qalıqlarının tapılaraq 31 sonra dəfn edilməsi ilə böyük həsrətin sona çatdığını bildirib:

 

“Qardaşımı Ağdam, Beyləqan, Füzuli və başqa ərazilərdə illərlə axtarsaq da, tapa bilmirdik. Bu da bizə çox ağır təsir edirdi. Cənab Prezidentimizə təşəkkür edirəm ki, onun bu istiqamətdə verdiyi tapşırıqlar əsasında naməlum şəhidlər aşkarlanır, onların yolunu gözləyən yaxınlarının həsrətinə son qoyulur”.

 

Qeyd edək ki, Daşkəsən rayon Əhmədli kəndindən olan şəhid Akif Abbasov 1993-cü ildə Ağdam rayonunun Salahlı kəndində şəhid olub. O, naməlum şəhid kimi Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilmişdi. A.Abbasovun şəxsiyyəti müəyyən edildikdən sonra bu gün Gəncə şəhər Şəhidlər Xiyabanında olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45