İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısının keçiriləcəyi Blenheim sarayına gəlib – YENİLƏNİB
Böyük Britaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Oksforddakı Blenheim sarayına gəlib.
Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşıladı.
11:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir.
“Report”un Londona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə baş tutub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45