Jurnalistlər arasında şahmat turniri keçiriləcək

Jurnalistlər arasında şahmat turniri keçiriləcək
Dostuna göndər xəbərdən agah olsun:

İyulun 21-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçiriləcək.

AŞF-dən verilən məlumata görə, yarışın reqlamentinə əsasən hər oyuna 10 dəqiqə vaxt ayrılacaq və hər gedişə 5 saniyə əlavə ediləcək.

7 turdan sonra qaydalara uyğun olaraq ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və hədiyyələr təqdim ediləcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45