Şirvan-Salyan iqtisadi rayonu üzrə ən az ölüm və boşanma halı Biləsuvarda olub
Şirvan-Salyan iqtisadi rayonu üzrə ən az ölüm və boşanma halı Biləsuvar rayonunda qeydə alınıb.
Bu barədə Biləsuvar Rayon Statistika İdarəsindən məlumat verilib.
Belə ki, Biləsuvar rayonunda əhalinin ümumi sayı – 0,2 faiz artaraq aprel ayının 1-i vəziyyətinə 106,7 min nəfərə çatıb. Əhalinin 22,2 faizi şəhər, 77,8 faizi isə kənd sakinidir.
Cari ilin 3 ayında 288 nəfər uşaq dünyaya gəlib, 120 ölüm halı qeydə alınıb.
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 101 nikah və 29 boşanma halı rəsmiləşdirilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45