Biləsuvarda yeraltı qaz xətti zədələnib, bir kənd qazsız qalıb
Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində kənd qazsız qalıb.
Biləsuvar rayonunun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.
Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.
Qəzanı aradan qaldırmaq üçün işlər görülür.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45