Ötən altı ayda qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin dəyəri açıqlanıb
Bu ilin altı ayı ərzində qanunsuz dövriyyədən çıxarılan 3 ton 722 kq 642,725 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 101 milyon 013.000 min AZN kimi qiymətləndirilir.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Qeyd olunub ki, hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 648 hektar sahədən 2 083 830 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
(055) 436-46-45