Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb

Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb
Dostuna göndər xəbərdən agah olsun:

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.

 

Agah. Az AFP-yə istinadən xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin rəhbəri Toni Estanq bildirib.

 

T.Estanq Fransanın paytaxtında baş tutacaq Olimpiya Oyunlarına 8,6 milyon bilet, Paralimpiya Oyunlarına isə 1 milyondan çox bilet satıldığını və bunun rekord göstərici olduğunu söyləyib. O, bundan əvvəlki rekordun (8,3 milyon bilet) ABŞ-nin Atalanta şəhərində keçirilən olimpiadaya məxsus olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-nə, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45