Faiq Qarayev: Jurnalistlərə önəm verməliyik
Jurnalistlərə önəm verməliyik.
“Report” xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş voleybol üzrə jurnalistlər arasında Zəfər Kubokunun püşkatma mərasimində Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.
O, yarışların işıqlandırılmasında jurnalistlərin əməyini yüksək qiymətləndirib:
“Jurnalistlərə önəm verməliyik. Çalışmalıyıq ki, jurnalistlər yarışlara getsin, işıqlandırsın. Məşqçinin, idmançıların işinə düzgün qiymət versin. Belə olduqda idmançılar da böyüyəcək, voleybol da”.
Qeyd edək ki, Zəfər Kuboku iyulun 20-21-də Qusar Olimpiya İdman Kompleksində 6 komandanın iştirakı ilə baş tutacaq.
(055) 436-46-45