“Qəbələ”nin hazırlıq planı müəyyənləşib

“Qəbələ”nin hazırlıq planı müəyyənləşib
Dostuna göndər xəbərdən agah olsun:

“Qəbələ” klubunun 2024/2025 mövsümünə hazırlıq planı müəyyənləşib.

 

Agah. Az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.

 

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Rəqiblər və qarşılaşmaların tarixləri hələlik məlum deyil.

 

Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45