Şuşada TDT-nin büdcəsinin artırılmasına dair sənəd imzalanıb
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşadakı qeyri-rəsmi Zirvə görüşü çərçivəsində TDT-nin büdcəsinin artırılmasına dair sənəd imzalanıb.
Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı məlumat verib.
Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45