Bakı Beynəlxalq Avtovağzal Kompleksindən sərnişin daşınması 3 % artıb
Bu ilin I yarısında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 milyon 4 min 277 sərnişin daşınıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.
“Kompleks iyunda imtiyazlı təbəqədən olan 43 sərnişini ödənişsiz biletlə təmin edib”, – deyə məlumatda əlavə olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45