İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib

İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

 

Bu barədə İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edərkən deyib.

 

“Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”, – dövlət başçısı qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45