NATO Latviyadakı kontingentini xeyli artıracaq

NATO Latviyadakı kontingentini xeyli artıracaq
Dostuna göndər xəbərdən agah olsun:

Yaxın iki il ərzində NATO-nun Latviyadakı bölmələrinin şəxsi heyətinin ümumi sayı 5 min nəfərə çatdırılacaq.

 

Bunu Latviyanın müdafiə naziri Andris Spruds jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Kanadanın komandanlığı altında Latviyada yerləşdirilən döyüş qrupu çoxmillətli briqada səviyyəsinə qədər genişləndiriləcək: “Bu qrupun 2026-cı ilə qədər tam döyüş hazırlığına çatacağı və 3,5 minə yaxın hərbçidən ibarət olacağı gözlənilir. Yaxın iki ildə onların ümumi sayı 5 min nəfərə yaxın olacaq”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45