Gürcüstan XİN başçısı: Bakı ilə İrəvan arasında sülh prosesi müsbət dinamikanı saxlayacaq
Gürcüstan İrəvan və Bakının dövlət sərhədinin delimitasiyası prosesinə başlamaq barədə tarixi qərarını alqışlayır və ümid edir ki, respublikalar arasında sülh prosesi müsbət dinamikanı saxlayacaq.
Ermənistan KİV xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Tbilisidə erməni həmkarı Ararat Mirzoyanla birgə görüşündə bildirib.
“Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir, sülh və sabitliyin qorunması üçün konstruktiv dialoqun təşviqinə töhfə verməyə hazırdır”, – o qeyd edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45