Horadizdə ağır yol qəzası olub, iki nəfər ölüb

Avtomatik qaralama
Dostuna göndər xəbərdən agah olsun:

Horadiz-Bəhrəmtəpə avtomobil yolunun 54-cü kilometrində iyulun 2-də ağır yol qəzası olub.

Ağayev Məcid Şahlar oğlu idarə etdiyi “Lada Priora” markalı avtomobildə Bəhrəmtəpə qəsəbəsi istiqamətində idarəetməni itirib.

Avtomobilin aşması nəticəsində sürücü və sərnişin Əhilov Nəsimi Novruz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3- cü maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45