Beyləqanda yol qəzasında iki nəfərin ölməsi ilə bağlı cinayət işi açılıb
Beyləqanda yol qəzasında iki nəfərin ölməsi ilə bağlı cinayət işi açılıb.
Hadisə ötən gecə Daşburun-Beyləqan avtomobil yolunun Beyləqan şəhəri, Magistral küçəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iyulun 2-si saat 22:50 radələrində Xankişiyev Ramiz Əli oğlu özünə məxsus “Hyundai Tucson” markalı avtomobillə Daşburun istiqamətində hərəkətdə olan zaman yolun sağ tərəfindən yolayrıcına daxil olan Hüseynov Nizami İsa oğlunun idarə etdiyi “Mercedes C 220” markalı avtomobil ilə toqquşub.
Nəticədə “Mercedes C 220” markalı avtomobilin sürücüsü N. Hüseynov, həmin avtomobildə sərnişin qismində əyləşmiş Məmmədova Sabirə Sumbat qızı aldıqları xəsarətlər səbəbindən ölüb.
Həmin avtomobildə olan digər sərnişinlər Hüseynova Nərgiz Nizami qızı “hər iki budun sınığı”, 2017-ci il təvəllüdlü Məlikzadə Raul Vüsal oğlu “qapalı kəllə beyin travması”, 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğlu “sol dirsək nahiyəsinin sıyrılmış açıq yarası”, “Hyundai Tucson” markalı avtomobilin sürücüsü R.Ə.Xankişiyev “sol qabırğaların çoxsaylı sınığı”, həmin avtomobildə sərnişin qismində əyləşmiş Bəndalıyev İmaməddin Murtuza oğlu “sağ əlin bilak oynağının qapalı sınığı” diaqnozları ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
(055) 436-46-45