Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verib
Azərbaycanda 12 vəkilin intizam pozuntusu qeydə alınıb.
“Report” xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclasında müzakirə aparılıb.
İclasda ümumilikdə 25 müraciət əsasında (onlardan 6 müraciət digər işlərlə eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 19 işə baxılıb, 2 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 17 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
– 12 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;
– 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;
– 3 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması.
Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 3-ü məhkəmələrdən, 3-ü isə prokurorluq orqanlarından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 7-si fiziki şəxslərin, 3-ü prokurorluq orqanlarının, 2-si məhkəmələrin müraciətləri üzrə olub, məhkəmələrdən daxil olan 1 müraciət və fiziki şəxslərdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, fiziki şəxslərdən daxil olan 3 müraciət üzrə isə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəylər verilib.
Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilmiş intizam işlərindən:
– 4 intizam işində “vəkilin məhkəməyə, ibtidai istintaq orqanına və digər proses iştirakçısına qarşı hörmət və nəzakətlə davranmayıb onların ünvanına qeyri-etik ifadələr işlətməsi” (4 vəkillə bağlı 4 fakt);
– 2 intizam işində “vəkilin qabaqcadan təyin olunmuş məhkəmə iclaslarında və istintaq hərəkətlərində iştirak edə bilməməsinin üzrlü səbəblərinə dair əvvəlcədən lazımi qaydada məlumat vermədən iştirak etməməsi” (2 vəkillə bağlı 14 fakt);
– 2 intizam işində “vəkilin müraciət edən şəxsdən müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması (2 vəkillə bağlı 2 fakt)”;
– 1 intizam işində “vəkilin öz peşə borcunu lazımınca yerinə yetirməyərək, işin gedişatı və nəticəsi ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi məlumatlandırmaması” (1 vəkillə bağlı 1 fakt);
– 1 intizam işində “vəkilin öz peşə borcunu vicdanla yerinə yetirməyərək, iş üzrə apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş formada tərtib etməməsi və qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə verməsi” (1 vəkillə bağlı 1 fakt);
– 1 intizam işində “vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi (1 vəkillə bağlı 1 fakt)”;
– 1 intizam işində “vəkilin müvafiq istintaq hərəkətlərinin protokollarını əsaslı səbəb olmadan və hər hansı qeydlər vermədən imzalamaqdan imtina etməsi” (1 vəkillə bağlı 1 fakt) halları intizam pozuntusu kimi qiymətləndirilib.
(055) 436-46-45