Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
İyunun 23-də Dağıstanda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Rusiya KİV-lərinə xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Məlikov Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib.
“Təəssüf ki, Dağıstanda törədilən terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər terror aktları zamanı, bir gün sonra isə polis əməkdaşı ağır xəsarətlərdən ölüb”, – o vurğulayıb.
Daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45