İranda prezident seçkilərində səsvermə iki saat uzadılıb

İranda prezident seçkilərində səsvermə iki saat uzadılıb
Dostuna göndər xəbərdən agah olsun:

İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 20:30-a qədər – red.) uzadılıb.

 

Agah. Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.

 

“Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, saat 20:00-a qədər uzadılıb”, – məmur IRIB telekanalının efirində deyib.

 

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) başlayıb. Məntəqələr yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45