Mikayıl Cabbarov: “Sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin işə salınması planlaşdırılır”
Azərbaycanda ilin sonuna qədər sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin təmin edilməsi ilə bağlı təşəbbüslərin yekunlaşdırılması və işə salınması planlaşdırılır.
“Report ” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə deyib
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan İnvestisiya Şirkəti sahibkarların maliyyə resurslarına çıxışı təmin edilir.
O qeyd edib ki, maliyyə resurslarına çıxış gələcəkdə də təmin ediləcək: “Bununla belə bankların təşəbbüslərindən də faydalanmaq səmərəli olardı”.
(055) 436-46-45