Sumqayıtda dənizdə batan qadının meyiti tapılıb
Ötən gün Xəzər dənizinin “Sumqayıt bulvarı” ərazisindən keçən hissəsində batan qadının meyiti tapılıb.
Araşdırmalarla meyitin 1962-ci il təvəllüdlü Şərahət Əsəd qızı Şöyübovaya aid olduğu müəyyənləşib.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin səbəbi araşdırılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45