Bakıdakı silahlı insidentdə qətlə yetirilən polisin atası: “O adamı Allah da bağışlamır”

Bakıdakı silahlı insidentdə qətlə yetirilən polisin atası: “O adamı Allah da bağışlamır”
Dostuna göndər xəbərdən agah olsun:

“Bir il idi ki nişanlı idi. 4-5 ay sonra toyunu edəcəkdik”.

Bunu Bakıdakı silahlı insident zamanı həlak olan polis serjantı Mahir Ağayevin atası Mayıl Ağayev deyib.

“Bizim üçün ağır olacaq. Hər gün qardaşını, məni öpüb işə gedirdi. Polislər hamımızın balalarıdır. Çalışaq, onlara ziyan verməyək. Validenləri üçün ağır olur. İnsanı öldürmək olmaz. O adamı Allah da bağışlamır”, – deyə M.Ağayev əlavə edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45