Şabranda evə basqın zamanı ölənlərin sayı ikiyə çatıb – YENİLƏNİB
Şabran rayonunda evə basqın zamanı yaralanan Hüseynov Arif Qaspar oğlu xəstəxanada ölüb.
“Report”un Şimal bürosunun məlumatına görə, Bakıda “Neftçilər” xəstəxanasına çatdırılan A.Hüseynovun həyatını xilas etmək mümün olmayıb.
Xatırladaq ki, Şabranın “Üç sotlar” yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın zamanı Gülnarə Şıxkərim qızı Hüseynova öldürülmüş, onun həyat yoldaşı A.Hüseynov isə yaralanmışdı.
09:13
Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.
“Report”un Şimal bürosunun məlumatına görə, Şabranın “Üç sotlar” yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib.
İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
(055) 436-46-45