Prezidentin xüsusi nümayəndəsi: Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında maraqlı layihələr həyata keçirilir

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında maraqlı layihələr həyata keçirilir
Dostuna göndər xəbərdən agah olsun:

Prezidentin xüsusi nümayəndəsi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında maraqlı layihələrin həyata keçirildiyini bildirib.

 

“Report” xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən “Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu”nda çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Ağalı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun tikilib:

 

“Burada 17 məqsəddən 11-i təmin olunub. Kənddə 175 ailədən ibarət 871 nəfər artıq məskunlaşıb. 300 evdən ibarət “Ağalı2″ fazasının isə tikintisi davam edir”.

 

V.Hacıyev Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini də xatırladıb:

 

“İşğaldan azad olunmuş ərazilərdə ekoloji layihələrin icrası COP29-la bağlı Azərbaycanın önəmli addımlarından olacaq. Zəngilan yeganə rayondur ki, ərazisindən dörd çay keçir. Həmin bu çaylardan səmərəli istifadə edirik. Oxçuçay üzərində dörd su elektrik stansiyası fəaliyyət göstərir. Ümumi ölçüsü 42 kvt-dır. Zəngilanda 100 mindən çox ağac əkilib. Təkcə bu il 50 min ağacın əkilməsi nəzərdə tutulur”.

 

Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Cəbrayıl, Qubadlı və Zəngilanda görülən işlər bununla da yekunlaşmır: “İnvestorların diqqətini cəlb edən maraqlı layihələr həyata keçirilir”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45