Dağıstandakı terror aktlarında ölənlərin sayı artıb – YENİLƏNİB
Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.
“Report” xəbər verir ki, bu barədə Dağıstan müftiliyi məlumat yayıb.
Qeyd olunub ki, terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.
Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.
Bu barədə “112” teleqram kanalı mənbəyə istinadən yazıb.
Vurğulanıb ki, hazırda 5 nəfərin öldüyü məlumdur.
Dağıstanın Daxili İşlər Nazirliyi xəbər verir ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.
Rusiya Milli Antiterror Komitəsinin informasiya mərkəzi isə bildirib ki, bütün Dağıstan ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib, hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
“Vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin tutulması üçün Rusiya FSB-nin Dağıstan üzrə departamentinin rəhbəri antiterror əməliyyatı keçirmək qərarına gəlib”, – məlumatda deyilir.
Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.
(055) 436-46-45