Türkiyədə yol qəzasında bələdiyyə sədri ölüb, 10 nəfər yaralanıb
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Aydınlar Bələdiyyəsinin sədri Tacettin Karamercan yol qəzasında ölüb
Agah. Az “Cümhuriyyət”ə istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində daha 10 nəfər yaralanıb.
T.Karamercan xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alanların 6-sı uşaqdır. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb olunub. Yaralananlar arasında keçmiş bələdiyyə sədri Mehmet Arif Tusun da olub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45