Türkiyədə PUA-lar üçün xüsusi hava dəhlizləri yaradılır

Türkiyədə PUA-lar üçün xüsusi hava dəhlizləri yaradılır
Dostuna göndər xəbərdən agah olsun:

Türkiyədə pilotsuz uçuş aparatları (PUA) üçün xüsusi hava dəhlizləri yaradılır.

 

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

 

O bildirib ki, bu istiqamətdə işlərə başlanılıb.

 

Nazirin sözlərin görə, lisenziyalı 521 min 625 PUA pilotu və 65 min 859 PUA üçün əsas prioritetlərdən biri nəqliyyatın təhlükəsizliyidir: “Quruda maşınlar, havada təyyarələr, dənizdə gəmilər necə müəyyən bir trayektoriya üzrə hərəkət edirsə, PUA və İHA-lar da onlar üçün müəyyənləşdirilmiş ayrıca yollarla hərəkət edəcəklər. Beləliklə, PUA-lar üçün təhlükəsiz hava sahəsini formalaşdıracağıq”.

 

A.Uraloğlu qeyd edib ki, Mülki Avasiya Baş İdarəsi yeni mülki aviasiya modelləri üzərində işləyir: “Yeni sistemlər PUA-ların mövcud hava məkanına inteqrasiyasına imkan verəcək”.

 

O, həmçinin bildirib ki, müəyyən edilmiş marşrutlarda təmir məntəqələrinin qurulması da planlaşdırılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45