Azərbaycan güləşçiləri bu gün Tatarıstanda altı medal qazanıblar
Azərbaycan güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında bu gün 6 medal qazanıblar.
“Report” xəbər verir ki, sərbəst güləşçilərimizdən Hacımurad Maqomedsəyidov (97 kq) qızıl, Şamil Zubairov (92 kq), Murad Haqverdiyev (65 kq), Orxan Abasov (79 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal əldə edib.
Bununla da Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 9-a (2 qızıl, 3 gümüş və 4 bürünc) çatıb.
Xatırladaq ki, iyunun 11-də start götürən yarışda karateçimiz Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olub. Avarçəkənimiz Bəhmən Nəsiri və samboçumuz Rəsul Aydəmirov (98 kq) isə bürünc medala sahib olublar.
(055) 436-46-45