Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 10 nəfər xəsarət alıb

Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 10 nəfər xəsarət alıb
Dostuna göndər xəbərdən agah olsun:

Qazaxıstanın qərbində Uralsk şəhərində qaz balonunun partlaması nəticəsində 10 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerli bazarların birində baş verib. Nəticədə ikisi yeniyetmə olmaqla 10 nəfər xəsarət alıb.

həkimlərin müayinəsindən sonra iki şəxs evə buraxılıb, digərləri həkim nəzarətindədir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45