Ordubadda dayısının qatilini qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib
Ordubadın Unus kəndinin qətldə təqsirləndirilən sakini haqqında həbs qətimkan tədbiri seçilib.
“Report”un yerli bürosu xəbər verir ki, 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğluna bıçaq xəsarəti yetirərək onun qətlində təqsirli bilinən həmkəndlisi, 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlu həbs olunub.
Belə ki, Ordubad Rayon Məhkəməsinin qərarına əsasən onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə qisas zəminində törədilib. Bir neçə il əvvəl İ.Tağıyev B.Rəsulovun dayısını qətlə yetirib və buna görə həbs olunub. Hadisə də bu səbəbdən baş verib.
Ordubad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
(055) 436-46-45