“Range Rover”lə toy karvanında avtoşluq etdi: Məhkəmə zalından azad edildi

“Range Rover”lə toy karvanında avtoşluq etdi: Məhkəmə zalından azad edildi
Dostuna göndər xəbərdən agah olsun:

Goranboy rayonunda “Range Rover”lə toy karvanında sürətlə hərəkət edən sürücü saxlanılıb.

 

“Qaynarinfo”nun məlumatına görə, 1989-cu ildə Gəncə şəhərində doğulmuş Elçin (şərti) qohumunun toyunda iştirak etmək üçün Goranboya gedib. Toy karvanında yolun əks istiqamətinə çıxaraq, sürətlə hərəkət edib.

 

YPX əməkdaşları tərəfindən saxlanılan sürücü səs-küy salaraq, polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

 

Goranboy Rayon Məhkəməsinin qərarı ilə sürücü 200 manat cərimə edilib. İnzibati qaydada tutulmuş sürücü iclas zalından azad edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45