Cəlilabadda toydan qayıdan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Cəlilabadda toydan qayıdan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var
Dostuna göndər xəbərdən agah olsun:

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt- Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford”markalı mikroavtobus ilə “VAZ-2106” markalı avtomobilin toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mikroavtobusda olan sərnişinlərin toydan qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45