Paşinyan: Ermənistan KTMT-dən çıxacaq

Paşinyan: Ermənistan KTMT-dən çıxacaq
Dostuna göndər xəbərdən agah olsun:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.

 

Agah. Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

 

N.Paşinyan parlamentdə keçirilən hökumət saatında bildirib ki, təşkilatdan çıxacaqlar: “Bununla bağlı qərar verəcəyik”.

 

“Bəs siz nə fikirləşirsiniz? Növbəti addımımızın nə olacağını düşünürsüz? Fikirləşirsiniz ki, geri dönəcəyik? Xeyr, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”, – o bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45