Bir milyon manata yaxın pulu mənimsəməkdə şübhəli bilinən məktəb direktorunun məhkəməsi başlayır

Bir milyon manata yaxın pulu mənimsəməkdə şübhəli bilinən məktəb direktorunun məhkəməsi başlayır
Dostuna göndər xəbərdən agah olsun:

Bir milyon manata yaxın pulu mənimsəməkdə şübhəli bilinən Gədəbəy rayonu, Zəhmət kənd uşaq musiqi məktəbinin sabiq direktoru Təranə Şərifovanın məhkəməsi başlayır.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, istintaqla Təranə Şərifovanın sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsində işlədiyi 2008-2022-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək faktiki olaraq işə çıxmayan müəllimlərə əməkhaqqı hesablatmaqla onlara məxsus kart hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmaqda, habelə bəzi müəllimlərə artıq dərs saatları təhkim edərək onlara hesablanmış aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edib almaqda, bununla da Mədəniyyət Nazirliyinə məxsus 995 min manat pulu mənimsəməkdə şübhəli bilinib.

 

Qeyd olunub ki, ibtidai istintaq dövründə vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus əmlakların üzərinə həbs qoyulub.

 

Təranə Şərifovaya Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, onun yaşı nəzərə alınmaqla barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, həmçinin məhkəmənin qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilib.

 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45