İldırım vurub öldürən hərbçimiz Gəncədə dəfn edildi
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan əsgəri Nağıyev Əli Elşən oğlu Gəncə şəhərində dəfn olunub.
Agah.AZ APA-ya istinadən xəbər verir ki, hərbçinin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, iyunun 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45