Azərbaycana qızıl-zinət əşyalarının qanunsuz keçirilməsi üzrə 51 fakt aşkar edilib

Azərbaycana qızıl-zinət əşyalarının qanunsuz keçirilməsi üzrə 51 fakt aşkar edilib
Dostuna göndər xəbərdən agah olsun:

2023-cü il və 2024-cü ilin cari dövrü ərzində Azərbaycan gömrük orqanları tərəfindən qızıl-zinət əşyalarının və qiymətli daşların gömrük sərhədindən qanunsuz keçirilməsi üzrə 51 fakt aşkar edilib.

AGAH.AZ ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu faktlar üzrə hüquqpozma predmeti kimi 54 kiloqrama yaxın qızıl-zinət əşyaları və qızıl külçələrin, 613 karatdan çox qiymətli daşların qanunsuz keçirilməsinin qarşısı alınıb.

Komitənin məlumatında deyilir ki, istər qızıl, istərsə də digər məhsulların qanuni idxalı ilə məşğul olan sahibkarlara və yaxud fiziki şəxslərə gömrük orqanlarına bəyan edilən mallara görə rəsmiləşdirmə tədbirləri həyata keçirilir və müvafiq sənədlər təqdim olunur.

Ümumiyyətlə, gömrük və vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə gömrük və vergi orqanları tərəfindən mütəmadi əsaslarla kompleks birgə tədbirlər həyata keçirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45