Hacıqabulda 15 vətəndaşın 60 min manatını mənimsəyən şəxs saxlanılıb

Hacıqabulda 15 vətəndaşın 60 min manatını mənimsəyən şəxs saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev saxlanılıb.

 

Bu barədə  DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara “beh” göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib.

 

Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60 000 manata yaxın pulunu ələ keçirib.

 

Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45