Azərbaycanda xəstəxananın direktoru işdən çıxarıldı
“Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlı vəzifəsindən azad edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Digər əmrlə Zeynal Bayramlıya TƏBİB-də başqa vəzifə həvalə edilib.
O, Ucar Rayon Mərkəzi Xəstəxanasındakı işindən iyun ayının 5-də ayrılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45