Cəlilabadda istirahət mərkəzinə gedən avtobus dəhşətli qəza edib

Cəlilabadda istirahət mərkəzinə gedən avtobus dəhşətli qəza edib
Dostuna göndər xəbərdən agah olsun:

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov “Mercedes-Benz” markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib. İlkin ehtimala görə nəqliyyat vasitəsi yoxuş yolda əyləc sistemində yaranmış nasazlıqlıq səbəbindən arxaya doğru hərəkət edərək aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Cəlilabadda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatı, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45