Maşınla gənc qızı vuraraq ölümünə səbəb olan sürücüyə cəza verildi
Abşeron Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Toğrul Kərimovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Toğrul Kərimov 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə, hadisə 14 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ilə Duz gölü istiqamətində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Toğrul Kərimov sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun İlqar Abdullayev küçəsində yerləşən “Mərasim evi”nin yaxınlığından keçən hissəsində piyada Ləman Hətəmovanı vurub. Xəstəxanaya aparılan yaralı orada vəfat edib.
Hadisədən sonra Toğrul Kərimov saxlanılaraq istintaqa cəlb olunub. Abşeron Rayon Məhkəməsinin 2024-cü il tarixli qərarı ilə onun barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib.
(055) 436-46-45