Sahə həkimlərinin iş qrafiki müəyyənləşib
İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrində (şəhər və uşaq poliklinikalarında) sahə həkimlərinin və sahə tibb bacılarının tibb müəssisələrində və eləcə də xidmət göstərdikləri sahələrdəki iş saatları dəqiq tənzimlənib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, onlar iş gününün 4 saatını poliklinikada, 2 saatını isə sahədə vətəndaşlara tibbi xidmət göstərərək onların zəruri tibbi müayinələrini həyata keçirirlər.
TƏBİB tərəfindən verilən, həmçinin sahə həkimlərinə gündəlik çağırışlardan əlavə, hər gün xidməti sahəsi üzrə dispanser qeydiyyatında olan xəstələri, ahıl şəxsləri (ən azı iki xəstə) ziyarət etmələri, ertəsi gün isə həmin tibbi çağırış və aktiv gedişlərin müvafiq qeydiyyat jurnalında (TQS31 jurnalı) qeyd olunması tapşırığı verilib.
Bununla yanaşı, sahə həkimlərinin fəaliyyətini dəyərləndirmək üçün vətəndaşlardan xidmətin keyfiyyətinin sorğusu aparılır. Bütün bunlar TƏBİB-in prioritet tutduğu sahələrdən olan ilkin səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılması, eləcə də ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə atılan addımlar çərçivəsində həyata keçirilir. Tibb müəssisələrində fəaliyyət göstərən sahə həkimlərinin işinin keyfiyyətini yüksəltmək məqsədilə onların işinə nəzarət artırılıb.
(055) 436-46-45