Ukrayna xaricdə olan çağırış yaşlı vətəndaşlarını axtarışa verib
Ukraynada ölkəni tərk etmiş çağırış yaşlı bütün kişi vətəndaşlar axtarışa verilib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, çağırış yaşlı ölkəni tərk etmiş, əlaqə qurmaq mümkün olmayan vətəndaşlar Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilir: “Onlar üzərilərindən bu axtarışın götürülməsi üçün ölkəyə qayıdıb, müvafiq qurumlara müraciət etməlidirlər”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45