Bölük komandiri həbs edildi

Bölük komandiri həbs edildi
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanda “N” saylı hərbi hissənin bölük komandiri həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kapitan Ağamalı Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45